İran keçi alaçı
Elmi adı — lat. Reaumuria persica (Boiss.) Boiss. Yulğunkimilər (Tamaricaceae) fəsiləsinə aid bitki növüdür.
IUNC Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına adiddir- NT. Azərbaycanın nadir növüdür.
Hündürlüyü 15–30 sm-ə qədər olan yarım koldur. Gövdəsi oduncaqlı əsasından çıxır. Gövdə düzdür, sıx yarpaqlı və budaqlanan deyil, Yarpaqlarının uzunluğu 1 sm, eni təxminən 1 mm, ətli, silindrik, oturaqdir. Yarpaqların qoltuqlarında qısa budaqları oturaq yarpaqların dəstələri ilə yerləşir. Çiçək altlıqları çox cərgəli, kirəmitvari, yuxarı hissəsi xətvarı, bizvarı, ucu iti, aşağı hissəsi enli, kasacığa möhkəm bitişmişdir. Kasacığı ətli, dərin qanadlı, uzunluğu 6–8 mm-dir.